Kriminal

Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edildi

25 Yanvar 2024 13:01
Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dələduzluq ittihamı ilə beynəlxalq axtarışda olan üç nəfər Azərbaycana ekstradisiya edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, Azərbaycan vətəndaşları Əliyev Xalid Əliağa oğlu, Əliyev Raul Firudin oğlunun Rusiyadan, Rəhimov Anar İlqar oğlunun isə Gürcüstandan ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri təmin edilib.

Xalid Əliyev və Anar Rəhimov xeyli miqdarda ziyan vurmaqla, Raul Əliyev isə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

Yanvarın 24-də qeyd olunan şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.