Kriminal

Göygöldə həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə bitib

27 May 2023 09:41
Baxış: 1 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Əhmədov Nəsrəddin Yamən oğlu 25 may 2023-cü il tarixdə saat 21 radələrində həmin kənddə həmkəndlisi Nağızadə Ayxan Elçin oğlunun barəsində nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yaranıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, mübahisə zamanı Ayxan Nağızadə əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla Nəsrəddin Əhmədovun qarın nahiyəsinə bir zərbə vurub sonuncuya "qarnın sağ ön yan divarının daxilə nüfuz etmiş yarası" ilə müşayiət edilən xəsarət yetirib.

Faktla bağlı Göygöl RPŞ-nin İstintaq bölməsində Nağızadə Ayxan Elçin oğlunun barəsində CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmış, Ayxan Nağızadə şübəli şəxs qismində tutulmuşdur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.