Kriminal

Bakıda taksi sürücüsü sərnişini bıçaqlayıb - TƏFƏRRÜAT

18 Noyabr 2022 07:07
Baxış: 1 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Sumqayıt şossesində sürücü sərnişiniə çox saylı xəsarət yetirib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.

1998-ci il təvəllüdlü Vəliyev Əli Gündüz oğlu "Toyota" markalı avtomobildə sərnişin qismində əyləşərkən onu sürücü bıçaqlayıb.

Yaralı sol diz və sol kürək nahiyəsinin bıçaqlanması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ə.Vəliyevi bıçaqlayan onun qaynıdır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, hadisə qohumlar arasında şəxsi münasibətlər zəminində baş verib. Hadisəni törədən şəxs məlumdur. Hazırda müvafiq ekspertiza işləri aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.