Kriminal

Bakıda 8 azyaşlı uşaq atasından gecəyarısı dəhşətli əməl - Təfərrüat

21 May 2022 15:30
1 Şərh     Baxış: 2 688

Bakının Sabunçu rayonunda 1980-ci il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində bacısının keçmiş əri Vüsalı (adlar şərti verilib - red.) bıçaqlayıb.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, hadisə 6 avqust 2021-ci ildə gecə saat 2 radələrində baş verib.

Faiq ailəsi ilə birlikdə yaşadığı Nardaran qəsəbəsi, Ləhiş bağlarında yerləşən yeni tikili evin qarşısına bacısının keçmiş əri Vüsalın sərxoş vəziyyətdə gələrək onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməsi, hədələməsi səbəbdən mübahisə edib.

Mübahisə zamanı Vüsala bıçaqla xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Faiqin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İlham Mahmudovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Masallı rayonunda qeydiyyatda olsa da, uzun müddətdir evdə ailəsi ilə birgə Nardaran qəsəbəsində yeni sahədəki yaşayır:

"Daimi iş yerim yoxdur, fəhləlik edirəm. Bacım Fatma əri Vüsaldan boşanıb, 8 azyaşlı uşaqğı ilə mənimlə birlikdə bağ evində yaşayırlar. Son bir ildə ailəsindən boşanan bacım Fatmanın Vüsalla münaqişəsi olub. Mən də bacımı müdafiə etdiyim üçün Vüsalla münaqişədə olmuşam, bir müddət öncə Vüsal məni qolumdan bıçaqlamışdı. Onun barəsində Sabunçu rayon Polis İdarəsində cinayət işinin istintaqı aparıldı.

Vüsal mütəmadi olaraq məni, ailəmi və Fatmanı təhqir edir, hədələyir. Buna səbəb guya Fatmanın əxlaqsızlıq etməsi, azyaşlı qızı Firəngizin onun icazəsi olmadan nişanlamasıdır".

Təqsirləndirilən şəxs qeyd edib ki, 5 avqust 2021-ci ildə saat 22 radələrində Nardaranda işləyib, qaldığı bağ evində təxminən yarım litr spirtli içki qəbul edib: "Avqustun 6-na keçən gecə, saat 00.15-də bacım Fatma mənə zəng etdi. Bildirdi ki, Vüsal bizə gələcək, dava salacaq. Taksi ilə evə getdim. Lakin Vüsal gəlmədi. Orada ailəm, anam və bacımla söhbət etdik".

Faiqin bildirdiyinə görə, yoldan keçən taksi ilə qaldığı yerə qayıdanda Vüsalı ora gələn görüb: "Məni görən kimi qaçdı. Təxminən 10 dəqiqə sonra yenidən ora qayıtdı. Mənə hücum çəkdi, təhqir etdi, təpik ataraq vurmaq istədi. Təhqir olunduğum üçün mətbəx bıçağı ilə onun sinə və qol nahiyələrinə iki bıçaq zərbəsi vurdum. Vüsalın yerə yıxıldığını görəndə qorxdum. Bu səbəbdən daha bıçaqla vurmadım".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüsalın sözlərinə görə, keçmiş arvadı Fatmadan 8 azyaşlı uşağı var: "Avqustun 6-a keçən gecə içkili vəziyyətdə Fatma, övladları və Faiqin qaldığı Nardaran qəsəbəsindəki bağ evinin yanına taksi ilə gəldim. Orada səs-küy yarandı və orada bıçaq xəsarəti aldım. Faiqin 4 uşağı var, eyni zamanda mənim 8 uşağıma da Faiq baxır. 12 uşaq onun himayəsindədir. 12 uşağın xatirinə Faiqin cəzadan azad edilməsini xahiş edirəm. Onu bağışlayıram, şikayətim yoxdur".

Faiq 1 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az 

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ? · 21 May 15:4640

    Bu nece olur? Şikayet yoxdur ama ceza alır?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics