Kriminal

2 evdən 13 min manatlıq qızıl oğurlanıb

6 May 2022 18:48
0 Şərh     Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeronda evlərdən oğurluqda təqsirləndirilərək tutulan şəxsin daha iki evdən oğurluq etdiyinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş T.Baloğlanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha iki evdən 13400 manat dəyərində qızıl-zinət əşyaları, 640 manat pul, noutbuk və videokamera oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.