“Bandotdel” əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə nəzarət edən əsas şəxslər biri - Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Tosov saxlanılıb. Onun üzərində olan çantaya baxış zamanı 7 büküm ümumi çəkisi 26 kiloqram olan yüksək təsiredici narkotik maddə heroin aşkar edilib. Elşad Tosov narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyin bildirib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Sübhan Aslanov qanunsuz olaraq odlu silah-sursat saxlanmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı 1 ədəd "Makarov" markalı tapança və 6 ədəd patron aşkar olunub.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı da qanunsuz olaraq odlu silah-sursat gizlətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxil olmuş əməliyyat məlumatı zamanı əvvəlcə paytaxt sakini Elvin Mərdanov saxlanılıb. Onun Buzovna qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd "AKS-74" markalı avtomat, 1 ədəd pulemyot patron darağı, 233 ədəd müxtəlif çaplı patron, 1 ədəd "F-1", eləcə də 1 ədəd "RDQ-5" qumbaraları və partlayıcı aşkar edilib. Aparılan araşdırma zamanı ona silah-sursat vermiş tanışı Hüseyn Səfərov də tutularaq Baş İdarəyə gətirilib. Onun paytaxt ərazisində yerləşən evindən isə 1 ədəd "Makarov" markalı tapança, 16 ədəd patron və 2 ədəd patron darağı aşkar edilib.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Rus model sevgilisi tərəfindən vəhşicəsinə döyüldü – Kəllə sümüyünün yarısını itirib - (Fotolar)
XƏBƏR LENTİ
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
-
Məşhur “Şaban” yenidən ekranlarda qayıdır
-
Sonaxanım polisə müraciət etdi
-
Formula 1 10 il - Turizmə və biznesə töhfəsi - (Fotolar)
-
Ekspres avtobusların hərəkəti asanlaşdırıldı
-
Noyer Tomas Mülleri geridə qoyub rekord qırdı
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - Rəsmi
-
“Aşk-ı Memnu”nun məşhur aktrisası xərçəngə tutuldu
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
Bakı, Sumqayıt və Abşerondakı pensiyaçılara şad xəbər
-
Avtobus dayanacağında infarkt keçirən şəxsi həyata belə qaytardı - (Video)
-
Bloqer Arifə təhlükəli anlar yaşadı: Kanatda ilişib qaldı – (Video)
-
Dövlət bağçalarında yerlərin sayı artırıldı
-
"Övladımın toyuna gəldi, səhəri efirdə arxamca danışdı" - (Video)
-
Azərbaycanlılar bu ölkəyə də vizasız gedə biləcək
-
Polis sentyabrın 10-da 61 cinayətin üstünü açıb
-
Qazaxıstanın “Eurovision 2027” müraciəti rədd edildi
-
Şərurda yanğın - 9 baş heyvan tələf olub
-
Rusiyanın itkiləri yeniləndi
-
Azərbaycan nefti 119 dollara yüksəldi





