Ölkə

Xəzər Dəniz Gəmiçiliyinin kapitanı gəmidə qadını zorlamaq istədi

19 Noyabr 2021 10:12
1 Şərh     Baxış: 6 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizində gəmi kapitanı qadını zorlamaq istəyib.

Hadisə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmilərindən birində qeydə alınıb.

Gəmidə aşpaz işləyən 41 yaşlı P.Ə. iddia edir ki, gəminin kapitanı 54 yaşlı A.C. onu zorlamağa cəhd edib.

Qadın faktla bağlı bir sıra dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edib.

Milli.Az bildirir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Oxu.az-a açıqlamasında qadının şikayət etməsini təsdiqləyib. O bildirib ki, məsələylə bağlı şikayətçi hüquq-mühafizə orqanlarına nüraciət edib:

"Hüquq-mühafizə orqanlarının verəcəyi qərara uyğun olaraq QSC müvafiq addım atacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.