Ölkə

N.Şikarovun şəhadətindən 1 il ötür - VİDEO

12 Noyabr 2021 20:06
1 Şərh     Baxış: 1 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhidin adına xatirə lövhəsi və istirahət parkının açılışı olub

Vətən müharibəsində igidlik göstərərək düşmən gülləsinə mərdliklə sinə gərən oğullarımızdan biri də şəhid kapitan Nəcəf Şikarovdur. Xətai Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə onun yaşadığı həyətdə xatirə lövhəsi və onun adına salınan istirahət parkının açılışı oldu. Tədbirdə Xətai rayon icra hakimiyyətinin nümayəndələri, şəhidin yaxınları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak etdi. Əvvəlcə tədbir iştirakçıları şəhid Nəcəf Şikarovun ikinci fəxri xiyabandakı məzarını ziyarət etdilər. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi. Daha sonra Nəcəf Şikarovun xatirəsi anıldı, ruhuna dualar oxundu.
Mərasim şəhidin yaşadığı evin həyətində davam etdirildi. Tədbirdə çıxış edənlər 44 günlük vətən müharibəsində kapitan Nəcəf Şikarov kimi qəhrəman zabitlərin döyüş yolundan, misilsiz qəhramanlıqlarından söz açdılar onların xatirələrinin xalqımızın yaddaşından heç zaman silinməyəcəyini bildirdilər.

Nəcəf Şikarov 1985-ci ildə Şamaxıda anadan olub, Xətai rayonu 24 saylı tam orta məktəbdə təhsil. O daha sonra təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində daavm etdirib. Nəcəf Şikarov 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.

Qeyd edək ki, Kapitan Nəcəf Şikarov müxtəlif vaxtlarda Azərcbaycan Silahlı Qüvvələrinin 90 illiyi", Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, ölümündən sonra isə "Vətən uğrunda" medalı, "Qarabağ" ordeni, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltfi olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.