Ölkə

DİQQƏT! Problemli krediti olanların NƏZƏRİNƏ! - VİDEO

8 Noyabr 2021 15:52
0 Şərh     Baxış: 3 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət problemli kreditlərin həlli istiqamətində atılan addımları genişləndirir. Növbəti il də dövlət büdcəsindən problemli kreditlərin kompensasiyası üçün 18.8 milyon manat vəsait ayrılacaq. Həmin vəsaitin həm fiziki şəxslərin, həm də sahibkarların problemli kreditlərinin həllinə yönləndirilməsi gözlənir.

Gələn il problemli kreditlərin kompensasiyasına 19 mln. manatadək vəsait ayrılacaq. Bu, 2022-ci il dövlət büdcəsinin layihəsində əksini tapıb. Həmin vəsaitin 9.5 milyon manatı fiziki şəxslərin problemli kreditlərinin həllinə yönləndiriləcək.

Bununla yanaşı, əvvəlki illərdə müxtəlif səbəblərdən kreditlərini ödəyə bilməyən vətəndaşların problemi kreditlərinin kompensasiyası istiqamətində də müzakirələr gedir. Mərkəzi Bank bu istiqamətdə də dəstəyini davam etdirəcək. 

Ayrılan vəsaitin 9,3 mln. manatı isə sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyi məqsədilə xərclənəcək. Millət vəkili Vüqar Bayramov bildirib ki, İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ildə də sahibkarların dəstəklənməsi davam edəcək.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsindən problemli kreditlərin kompensasiyası məqsədi ilə ümumilikdə 18.8 milyon manat vəsait xərclənəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.