Ölkə

Qəhrəman şəhidimiz Anar Hüseynli - VİDEO

8 Noyabr 2021 15:07
0 Şərh     Baxış: 689
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sizə daha bir qəhrəmanımızı tanıdacağıq. Şəmkirin Təzəkənd kəndindən olan qəhrəmanımız Anar Hüseynli Füzuli  və Şuşanın azad edilməsində xüsusi şücaət göstərib.

1994-cü ildə Şəmkirin Təzəkənd kəndində doğulmuşdu Anar Hüseynli. Vətən müharibəsi başlayan kimi könüllü cəbhəyə yollanmışdı. 

Əks-hücum əməliyyatının ilk günündən sonunadək - Şuşanın azad olunmasına kimi şərəfli bir döyüş yolu keçdi və cəmi 26 illik ömrünə əsl Vətən fədaisi, qəhrəman adlarını sığdırmağı bacardı. Ermənistan silahlı birləşmələrinin işğal altındakı torpaqlarımızdan qovulması, o cümlədən Füzuli və Şuşanın azad edilməsində şücaətlə savaşdı. 

Anar müharibənin bitməsinə bircə gün qalmış - noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Doğma elində, Şəmkir rayonunun   Təzəkənd kəndində dəfn olunub. Döyüş yoldaşları onun qəhrəmanlığından valideynlərinə danışıblar.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında döyüşçü kimi borcunu şərəflə yerinə yetirdiyi üçün Anar Hüseynli ölümündən sonra "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları  ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.