Ölkə

Kəlbəcərin işığı yenidən yanacaq - VİDEO

6 Noyabr 2021 11:02
0 Şərh     Baxış: 1 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərişıq" ASC-nin işğaldan azad edilən Kəlbəcər rayonunun elektrik enerjisi sistemini yenidənqurması ilə bağlı görüntülər yayılıb.

Qurumdan Milli.Az-a verilən məlumata görə, görüntülərdə Kəlbəcərdəki yolların kənarında yeni dayaqların basdırıldığı, 10 kilovotluq izolyasiyalı və mühafizə olunan kanellərin çəkildiyi göstərilir. Bunu üçün isə Səhmdar Cəmiyyətin əməkdaşları ərazidə sovet dövründən qalmış və istifadəyə yararsız dayaqları çıxarıb ərazidən uzaqlaşdırıblar

Qeyd edək ki, həmin xətlər yeni qurulan 110/35 Kv-luq Kəlbəcər yarımstansiyasından qidalanır.

Çətin keçilən dağlıq relyefə malik olması Kəlbəcərdə energetiklərin fəaliyyətini çətinləşdirib. Belə ki, kadrlardan da göründüyü kimi rayonun Çopurlu kəndi ərazisində 35 kilovotluq xəttin çəkilişi üçün yol infrastrukturunun olmaması energetiklərə məcbur edir ki, ilk olaraq yol çəkilişini həyata keçirsinlər.

Məlumata görə, "Azərişıq" Kəlbəcərdəki işləri qarşıdakı həftələrdə tam yekunlaşdıracaq.

Xatırladaq ki, ötən il 44 günlük vətən müharibəsi nəticəsində Ermənistan baş nazirinin imzaladığı təslimçilik aktı nəticəsində 30 ilə qədər erməni işğalında qalan Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.