Ölkə

Bərdədə silahlı insident olub

2 Noyabr 2021 11:46
0 Şərh     Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdə Rayon Polis Şöbəsinə noyabrın 1-də saat 20 radələrində Mirzalıbəyli kəndi ərazisində kənd sakini Ə.Nəsirovun Tərtər rayon sakini Ə.Bağırovun idarə etdiyi "VAZ-21102" markalı avtomobildə mübahisə zamanı onun qoluna bıçaqla xəsarət yetirib avtomobildən düşərək qaçması, daha sonra Ə.Bağırovun avtomobilin yük yerində olan avtomat silahı götürüb onun həyətinə gələrək orada havaya atəş açıb avtomobillə getməsi barədə məlumat daxil olub.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılıb, ondan "AK" markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb. Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.