Yoluxanların sayı daha da artdı - Məktəblər yenidən bağlanır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Güman etmirəm ki, yoluxma sayında ciddi bir alovlanma olsun, amma xəstələnmə sayı artır, uşaqlar arasında da geniş yayılmaqdadır. Bu səbəbdən bəzi məktəblər bağlanıbdır".
Bunu Milli.Az-a açıqlamasında ATU-nun Tədris Cərrahiyyə Klinikasının Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri Sədrəddin Atakişiyev deyib.
Həkim bildirib ki, yaza doğru koronavirusla vidalaşacağıq:
"Koronavirus uşaqlar arasında ciddi bir fəsad törətmir. Onlarda ağırlaşma və ölüm faizi çox aşağıdır, çox nadir rast gəlinir. Ona görə, təhlükəli bir halla qarşılaşacağımızı gözləmirəm. Ümidvaram ki, yoluxma sayı azalacaq. Amma şagirdlər yoluxub, evdə valideyinlərini də yoluxdura bilirlər. Ona görə ehtiyyatlı olmaq lazımdır ki, hərarəti, narahatçılığı olan uşaqlar izolyasiya olunsun, təcrid olunsun və müəyyən bir müddətdə onlardan hava damcı yolu ilə infeksiyanın yoluxmasının qarşısını alınsın.
Yoluxma sayının artmasının səbəbi kontaktların çoxalması ilə əlaqədardır: Məktəblər açılıb, restoranlar fəaliyyət göstərir və s. Amma müəyyən bir müddətdən sonra azalmaya meyillilik olacaq və yaza doğru koronavirusla vidalaşacağıq.
Havalar soyuduqca fəsli qripin də mövsümüdür. Bu vəziyyətdə hava-damcı infeksiyaları, eləcə də qrip artmaqda davam edir. Koronavirus da hava-damcı yolu ilə yoluxan bir infeksiyadır. Orqanizm, immun sistemi zəiflədikcə bu yoluxma halları da artır. Belə olan halda qoruyucu maskaların istifadəsi həm qrip viruslarının, həm də koronavirusun yayılmasının qarşısını alır. Ona görə də profilaktik tədbir olaraq qoruyucu maskaların istifadəsi hələlik mütləqdir.
İndi virusun ayrı-ayrı ştammlarına rast gəlməyimizə baxmayaraq, zəifləyib. COVİD-dən əvvəllər daha çox ağırlaşmalar olsa da, indi ağırlaşmalar nisbətən azdır. Bu gedişlə virus zəifləyib-zəifləyib, vaxt keçdirkcə aramızdan çıxacaq".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Hava ilə bağlı son məlumat
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
XƏBƏR LENTİ
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı





