Ölkə

Bakıda baş verən ağır qəzada xəsarət alanların vəziyyəti necədir?

14 Oktyabr 2021 10:18
0 Şərh     Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən səhər saatlarında paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə stasionar şəkildə müalicə alan üç nəfərin, eləcə də 3 saylı Kliniki Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 10 nəfərin vəziyyəti stabil ağır olaraq qalır. 

3 saylı Kliniki Şəhər Xəstəxanasında palatalara yerləşdirilən 6 nəfərin durumu stabildir.

Qeyd edək ki, ötən gün baş verən ağır yol nəqliyyat hadisəsi zamanı beş nəfər həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə müvafiq xəstəxanalara yerləşdiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib. 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.