Ölkə

Yerdə maqnit qasırğası başlayıb

12 Oktyabr 2021 16:54
0 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 11-i gecədən Yer maqnitosferində maqnit qasırğası başlayıb. Onun səviyyəsi getdikcə artır və artıq orta səviyyəyə yaxınlaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Günəşin Rentgen Astronomiyası Laboratoriyasından bildirilib.

Qeyd olunub ki, belə vəziyyətlərdə Yerə çatan plazma buludu kosmik peyklərin radiasiya yükünü artırır, Yer səthinə yaxın maqnit sahəsinin dalğalanmalarına təsir edir. Maqnitosferdəki bu dəyişiklikləri şimal en dairələrində müşahidə etmək mümkündür.

Laboratoriyanın məlumatına əsasən, Günəşdəki alovlanma oktyabrın 9-da başlayıb. Bu, orta səviyyəli alovlanma olub. Tac maddəsinin Yerə çatması üç gün çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.