Ölkə

Məktəblərdə bufetlər necə fəaliyyət göstərəcək? - Ətraflı VİDEOda

23 Sentyabr 2021 13:18
1 Şərh     Baxış: 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti məktəb bufetlərlərinin fəaliyyəti ilə bağlı yeni qərar qəbul edib.

Milli.Az Xəzər TV-ə istinadən bildirir ki, qərara əsasən, yeməkxana girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitələri qoyulmalıdır. Həmçinin təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılmalıdır.Yeni qərarda göstərilir ki, ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulmalı, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılmalı, yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır. Yeni qərarla artıq məktəb direktorları tanış olublar.

Məktəb daxilində olduğu kimi, bufetlərdə də ara məsafəsi saxlanılmalıdır. Məktəblərdə bufetlərin yeni qaydalara uyğun fəaliyyətə başlaması isə yaxın bir neçə gün ərzində baş tutacaq.

Qeyd edək ki, məktəblərin yeməkxanalarında növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılmalı, yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilməməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.