İtaliyada oxumaq istəyənlərin VİZA PROBLEMİ - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onlarla azərbaycanlı tələbə İtaliyanın tanınmış universitetlərinə qəbul olub. Lakin onlar bu ölkəyə gedə bilmirlər. Səbəbsə həmin tələbələrə vizanın verilməməsi və sənəd qəbulu vaxtının uzadılmamasıdır. Məsələ ilə bağlı tələbələr səfirliyə müraciət etsələr də problem həllini tapmayıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, onlar İtaliyanın tanınmış universitetlərində təhsil almağa haqq qazanan tələbələrdir. Lakin bu tələbələrin qarşısını kəsən bir neçə maneə var. Kimisi sənədlərini hazır etmək üçün vaxtın az verildiyindən, kimisi isə sənədlərini təqdim etdiyi halda əsassız səbəblərlə vizanın verilməməsindən şikayətlənir.
Belə ki, səfirlik tərəfindən müəyyən olunub ki, İtaliyada təhsil almaq istəyən tələbələr milli təhsil vizası üçün sentyabrın 17-dək müraciət edə bilərlər. Əsas problem isə odur ki, bəzi tələbələrin İtaliya universitetlərindən cavabları sentyabrın 14-dən etibarən göndərilib, bəziləri isə hələ də cavab gözləyir. Tələbələr isə belə qısa müddətdə sənədlərini hazır edə bilmədiklərindən gileylənirlər.
Tələbələri düşündürən digər bir məsələ isə dəfələrlə sənəd təqdim etdikləri halda onlara imtina cavabının gəlməsidir. Gənclər iddia edirlər ki, sənəd təqdim edən tələbələrin 80%-i bütün tələbləri ödəsələr belə viza ala bilmirlər.
Tələbələr səfirliyinə dəfələrlə müraciət etdiklərini, Lakin onlara dəqiq cavab verilmədəyini deyirlər. Elə biz də tələbələr kimi səfirliyə üz tutduq. Lakin üzümüzə nə qapı açan oldu, nə də zənglərimizə cavab verən.
Tələbələr Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət ediblər. Təxminən 50-60 tələbənin ərizəsi Nazirlik tərəfindən qəbul edilib və qısa zamanda müvafiq qurumlarla əlaqə saxlanılacağı bildirilib.Nazrlikdən "Xəzər Xəbər"ə bildirildi ki, tələbələrin müraciətləri bu gün verildiyindən üç gün ərzində baxılacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Gülay Zeynallı tanımaz halda - (Video)
XƏBƏR LENTİ
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
UEFA Avropa Liqası: İlk turun matçları
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var - (Video)
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır





