İtaliyada oxumaq istəyənlərin VİZA PROBLEMİ - VİDEO

21 Sentyabr 2021 15:42

Onlarla azərbaycanlı tələbə İtaliyanın tanınmış universitetlərinə qəbul olub. Lakin onlar bu ölkəyə gedə bilmirlər. Səbəbsə həmin tələbələrə vizanın verilməməsi və sənəd qəbulu vaxtının uzadılmamasıdır. Məsələ ilə bağlı tələbələr səfirliyə müraciət etsələr də problem həllini tapmayıb. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, onlar İtaliyanın tanınmış universitetlərində təhsil almağa haqq qazanan tələbələrdir. Lakin bu tələbələrin qarşısını kəsən bir neçə maneə var. Kimisi sənədlərini hazır etmək üçün vaxtın az verildiyindən, kimisi isə sənədlərini təqdim etdiyi halda əsassız səbəblərlə vizanın verilməməsindən şikayətlənir. 

Belə ki, səfirlik tərəfindən müəyyən olunub ki, İtaliyada təhsil almaq istəyən tələbələr milli təhsil vizası üçün sentyabrın 17-dək müraciət edə bilərlər. Əsas problem isə odur ki, bəzi tələbələrin İtaliya universitetlərindən cavabları sentyabrın 14-dən etibarən göndərilib, bəziləri isə hələ də cavab gözləyir. Tələbələr isə belə qısa müddətdə sənədlərini hazır edə bilmədiklərindən gileylənirlər. 

Tələbələri düşündürən digər bir məsələ isə dəfələrlə sənəd təqdim etdikləri halda onlara imtina cavabının gəlməsidir. Gənclər iddia edirlər ki, sənəd təqdim edən tələbələrin 80%-i bütün tələbləri ödəsələr belə viza ala bilmirlər. 

Tələbələr səfirliyinə dəfələrlə müraciət etdiklərini, Lakin onlara dəqiq cavab verilmədəyini deyirlər. Elə biz də tələbələr kimi səfirliyə üz tutduq. Lakin üzümüzə nə qapı açan oldu, nə də zənglərimizə cavab verən.

Tələbələr Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət ediblər. Təxminən 50-60 tələbənin ərizəsi Nazirlik tərəfindən qəbul edilib və qısa zamanda müvafiq qurumlarla əlaqə saxlanılacağı bildirilib.Nazrlikdən "Xəzər Xəbər"ə bildirildi ki, tələbələrin müraciətləri bu gün verildiyindən üç gün ərzində  baxılacaq.

Milli.Az