Ölkə

Benzinin bahalaşması maşın bazarına təsir edib - VİDEO

20 Sentyabr 2021 12:28
2 Şərh     Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə ölkədə benzinin qiymətinin yenidən artırılması maşın bazarına da təsir edib.  

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, dörd gün öncə benzinin qiymətindəki növbəti artım maşın bazarında alıcıların və satıcıların sayında dəyişikliyə səbəb olmasa da, qiymətlərdə və maşınların markasına görə təlabat çəkisində fərqlər yaradıb.

"Aİ-95" və "Aİ-98" markalı benzinin qiymətinin artımı maşın bazarında "Aİ-95"lə işləyən avtomobillərin bahalaşmasına səbəb olub.  

Bahalı benzinlə işləyən avtomobillər isə ciddi şəkildə alıcı itirib. Satıcılar da təsdiq edir ki, artıq alıcılar daha çox ucuz benzinlə işləyən avtomobillərin satışı ilə maraqlanır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.