Ölkə

Qəhrəman şəhidimiz Rəşad Kazımov - O, 4 medalla təltif edilib - VİDEO

20 Sentyabr 2021 12:04
0 Şərh     Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri də Rəşad Kazımov olub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Rəşad Kazımov 1989- cu ildə Füzulinin  Bala Bəhmənli kəndində anadan olub.

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Daha sonra isə müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib.

Ötən il sentyabrın 27-də 2-ci Qarabağ döyüşləri başlayanda daim ön xətdə olub. Rəşad, Hadrut, Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərib. Ən çətin döyüş tapşırıqlarını qorxmadan, şərəflə yerinə yetirib.

Rəşad Kazımov ötən il oktyabrın 25-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli olan şəhidimizin bir oğlu və bir qızı var.

Qəhrəman şəhidimiz ölümündən sonra "Füzulinin azad olunmasına  görə", "Xocavəndin azad olunmasına  görə", "Şuşanın azad olunmasına  görə" və " Vətən uğrunda" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.