Ölkə

Bu il yeni dərsliklər istifadəyə veriləcək

16 Sentyabr 2021 13:06
0 Şərh     Baxış: 751

Təhsil İnstitutu tərəfindən artıq bir neçə ildir ki, ibtidai siniflər üçün Azərbaycan dili, riyaziyyat fənni üzrə yeni dərsliklər hazırlanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O qeyd edib ki, I və II sinif dərslikləri artıq pilot layihələrdən keçib və bu il kütləvi istifadəyə veriləcək:

"III və IV sinif dərsliklər isə bu il pilot layihədə istifadə olunacaq və 2 il sonra kütləvi istifadəyə veriləcək. Bu il ilk dəfə olaraq V siniflərdə Təbiət dərsliyi 132 məktəbdə bir il müddətində pilot şəkildə tədris olunacaq. Yeni dərslik dərslərin tamamilə bacarıq, tədqiqat istiqamətində keçirilməsinə əsaslanır. Dərsliyin gələcəkdə VI siniflərdə də tədrisi nəzərdə tutulur. VII sinifdən isə Təbiət fənləri kimya biologiya və fizika fənləri olaraq ayrılacaq".

Milli.Az

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics