Bakıda sərçələrin sayı niyə azalıb?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İri şəhərlərdə yüksək desibelli kəskin səslər sərçələrin qan təzyiqinin qəfildən kəskin qalxmasına səbəb olmaqla məhvinə də gətirib çıxarır.
Milli.Az-ın məlumatına görə, bunu AMEA-nın Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi, dosent Əbülfəz Tağıyev deyib. O, qeyd edib ki, sərçələrin sayının azalmasına yuvalama yerlərinin sıradan çıxması, qidasının kəskin azalması, şəhər mühitinin ab-havası, boz qarğanın bu quşların yumurtalarını, körpə balalarını məhv etməsi, pişiklərin hücumuna məruz qalmaları və s. öz təsirini göstərir.
"Bu quşlarda ürək döyüntülərinin sayı bir dəqiqədə insanla müqayisədə 10 dəfədən çoxdur. Havada uçarkən isə bu döyüntülərin sayı daha da artır. Bəzən iri şəhərlərdə yüksək desibelli kəskin səslər bu quşların qan təzyiqinin qəfildən kəskin qalxmasına səbəb olmaqla məhvinə də gətirib çıxarır. Şəhərlərdə son zamanlar evlərin dam örtüklərində metal konstruksiyalardan daha çox istifadə edilməsi yuvalama yerlərini məhdudlaşdırır. Metal dam örtükləri istidən çox qızdığından, bu, quşların dəmir konstruksiyalı örtüklərin altında və üzərində yuva qurmağı çətin olur".
Mütəxəssisin sözlərinə görə, sərçələr şəhərlərdə ətraf mühitin dəyişməsinə həssas olduqlarından bioindiqator rolunu oynayırlar:
"Təbiətin ayrılmaz tərkib hissəsi kimi onları qorumaq hər birimizin borcudur. Unutmayaq ki, Yer planetinin ömrü burada yaşayan növlərin biomüxtəlifliyindən çox asılıdır. Növlərin sayı azaldıqca, Yer planetinin ömrü də ona müvafiq olaraq azalır. Sərçələri şəhərimizdə tez-tez görürəm. Narahatlığa elə ciddi əsas yoxdur".
Ə.Tağıyev onu da qeyd edib ki, Azərbaycanın təbii-coğrafi şəraiti və quşların miqrasiya yolunun üzərində yerləşməsi onun ornitofaunasının zəngin olmasını təmin edir:
"Azərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cins, 6 növ qeydə alınıb. Ölkəmizdə qeydə alınan 6 sərçə növündən dam sərçəsi ən çox insan məskulaşan yerlərdə - kəndlərdə, şəhərlərdə və s. rast gəlinir. İnsan yaşayışı olmayan yerləri dam sərçələri də tərk edirlər. Bakı şəhərində dam sərçəsinin sayı azalsa da, tez-tez rast gəlmək mümkündür. Onlar yay mövsümündə əsasən səhər və axşam saatlarında yaşıllığı çox olan, xüsusən kol tipli yaşıllıqlarda, tut, üzüm, əncir və s. olan yerlərdə kiçik qruplar halında görünürlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
XƏBƏR LENTİ
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin





