Məşğulluq mərkəzindən narazı sakin - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Məşğulluq Agentliyi vətəndaşın şikayətinə aydınlıq gətirdi
Milli.Az Real TV-yə istinadən bildirir ki, Qubanın Zərdabi qəsəbə sakini, birinci Qarabağ müharibəsi iştirakçısı və 2-ci qrup əlil Vəfadar Salahov rayon Məşğulluq Mərkəzindən şikayətçidir. Onun sözlərinə görə, müharibə zamanı kontuziya alıb və hərbi xidmətdən qayıtdıqdan sonra səhhətində ciddi problemlər yaranıb. Həkimlər ona "İsterik qıcolma" diaqnozu qoyub və elə bu səbəbdən də əmək qabiliyyətini itirib. Şikayətçi vətəndaşın sözlərinə görə, başqa yerdə işləmək imkanı olmadığı üçün Quba rayon Məşğulluq Mərkəzinə rəsmi müraciət edərək, özünəməşğulluq proqramına qoşulmaq istədiyini bildirib. Lakin müracətindən aylar keçməsinə baxmayaraq daş səs çıxıb Quba rayon Məşğulluq Mərkəzindən yox.
Vəfadar Salahov deyir ki, ondan sonra müraciət edən bir neçə nəfərə aktivlər verilsə də o, hələ də dövlətin yaratdığı imkandan yararlana bilmir.
Şikayətçi vətəndaşın problemi ilə bağlı Dövlət Məşğulluq Agentliyinə müraciət etdik. Agentliyin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirdi ki, Vəfadar Salahovun müraciəti qeydiyyata alınıb və mərhələli şəkildə ona aktivlər təqdim ediləcək.
Görünən odur ki, aylardır gözü yolda olan Vəfadar Salahov bir qədər də səbr etməlidir. Ümid edirik növbəti mərhələlər o qədər də uzun çəkməyəcək və müharibəsi iştirakçısı eləc də 2-ci qrup əlil olan Vəfadar Salahov dövlətin yaratdığı imkandan yararlana biləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)





