Ölkə

Bakı belə özbaşınalıq da gördü: Tikinti şirkəti vətəndaşın obyektini sökdü - VİDEO

8 Sentyabr 2021 13:00
0 Şərh     Baxış: 1 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda tikinti şirkətlərindən biri vətəndaşın obyektini ondan xəbərsiz söküb. Hadisə Nəsimi rayonunda olub. Söhbət ''Grand Plaza'' adlı tikinti şirkətindən gedir. Nəticədə vətəndaşa ziyan dəyib. Sözügedən şirkət də obyektin sökülməsinin səbəbini XəzərXəbər-ə açıqlayıb.

Vətəndaşın obyekti ondan xəbərsiz tikinti şirkəti tərəfindən sökülüb. Hadisə paytaxt sakini Mərdan Yusifovun başına gəlib. O bildirir ki, ''Grand Plaza'' adlı şirkət Nəsimi rayonu, Süleyman Rüstəmov 59  ünvanında yerləşən 82 kv/m-lik təmirli obyektini söküb. Həmin şirkət ərazidə 4 ilə yaxındır ki, tikinti işləri aparır. Şirkətlə vətəndaşın razılaşması olmadığından obyekti sökülməyib. Buna baxmayaraq  şirkət obyekti hasara alaraq fəaliyyətini dayandırıb

Zərərçəkmiş deyir ki, şirkət tərəfindən indiyə qədər ona verilən sözlər tutulmayıb. Üstəlik obyekt fəaliyyət göstərmədiyi üçün kompensasiya da ödənilməyib.

Çəkiliş aparan zaman məlum oldu ki, ''Grand Plaza''dan narazı qalan təkcə Mərdan Yusifov deyil. Qonşu məhəllədə yaşayan bir neçə sakin də bənzər halla üzləşiblər

''Grand Plaza'' şirkətinin rəsmisi Namiq Rzayev isə bildirdi ki, sözügedən ərazidə yerli icra hakimiyyətinin sərəncamı ilə tikinti işləri aparılır. 125 mənzil sahibinin 124 ilə razılığa gəlinib. O, obyektin sökülməsinin səbəbindən də danışıb. 

O ki, qaldı digər məhəllədə yaşayan şəxslərin narazılığına, Namiq Rzayev bildirdi ki, şirkət həmin şəxslərlə razılığa gəlməsə, iş məhkəmə müstəvisində həll ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.