Ölkə

Azərbaycanda əmisi sabiq polis rəisini bıçaqladı, sonra isə intihar etdi

25 Avqust 2021 12:38
0 Şərh     Baxış: 3 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Rövşən Əsgərbəylinin həmin gün saat 20 radələrində yaşadığı rayonun Qaraqurtlu kəndindəki evində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əliağa Əsgərbəyliyə bıçaqla çoxsaylı xəsarətlər yetirməsinə, sonra da tüfənglə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, Ə.Əsgərbəyli Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi olub. O, 2021-ci il avqustun 19-da təqaüdə çıxıb.

Xatırladaq ki, Ə.Əsgərbəyli həm də Xaçmaz rayonunda yerləşən "Çənlibel" restoranının sahibidir. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.