Ölkə

Hansı ixtisası seçək ki, gələcəkdə işsiz qalmayaq? - Ekspert prioritet ixtisasları açıqladı - VİDEO

25 Avqust 2021 12:08
0 Şərh     Baxış: 3 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İxtisas seçimi dövründə "hansı ixtisas üzrə təhsil alım ki, sonra rahat iş tapa bilim" sualı abituriyentləri düşündürən əsas məsələlərdən biridir. Onlardan  bəziləri ixtisasın  iş imkanlarını araşdırdıqlarını desə də, ixtisasın adına baxıb, seçim edənlərdə az deyil. Təhsil eksperti bildirir ki, bəzi ixtisaslar öz əhəmiyyətini zamanla tamamilə itirəcək. Abituriyentlər bu məsələdə diqqətli olmalıdırlar. 

4 il təhsil aldıqdan sonra "ixtisasım üzrə iş tapa bilmirəm" cümləsini deyənlər az deyil.

Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün edilən müraciətlər davam edir.  Abituriyentlər bəziləri ixtisasların daha da təkimilləşməsinə ehtiyac olduğunu, bəziləri də müəyyən  ixtisasların əhəmiyyətsiz olduğunu düşünürlər. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Təhsil eksperti Səbuhi Abdullayevin sözlərinə görə, kitabxanaçılıq və informasiya ixtisası rəqəmsal və informasiya texnologiyası ixtisası adı altında yenilənməlidir. Artıq kitablar elektron daşıyıcılarda təqdim olunur. "Layihələrin idarə olunması", "Data analitikası"   kimi ixtisasların yaranmasına  və inkişafına ehtiyac var.  

Səbuhi Abdullayev abituriyentlərə həmçinin seçdikləri ixtisas üzrə  əvvəlki ilin məzunlarının iş imkanlarını araşdırmağı da tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.