Ölkə

Bakıda istirahət mərkəzində, Xaçmazda isə fındıq bağında yanğın olub

18 Avqust 2021 19:48
0 Şərh     Baxış: 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xəzər rayonunda, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 15 kv.m olan külafirənginin yanar konstruksiyaları və içərisində 1 ədəd masa yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xaçmaz rayonunun Yataqoba kəndində isə bağ sahəsində 40 ədəd fındıq ağacı qismən yanıb. Bağ sahəsinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory