Ölkə

21 yaşlı gəncin törətdiyi qətllə bağlı rəsmi açıqlama

14 Avqust 2021 11:39
0 Şərh     Baxış: 803
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 13-ü saat 19 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub..

Qazax rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, rayonun İkinci Şıxlı kəndində yerləşən "İnvestel Group" MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə xəsarət yetirərək qəsdən öldürüb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nəsimi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.