Ölkə

Vaksin olunan şəxslər əksər hallarda yoluxmanı çox zəif simptomlarla keçirir - VİDEO

11 Avqust 2021 11:30
1 Şərh     Baxış: 1 434
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yoluxma sayının artması koronavirus pandemiyasını yenidən alovlandıra bilər. Həkimlər pandemiyanın yeni dalğasının ola biləcəyini deyir. Bir çox qadağaların götürülməsi, kütləvi tədbirlərin keçirilməsi virusun yenidən alovlanmasına səbəb olur. Mütəxəsislər yoluxma sayının aşağı salınması üçün ilk növbədə vətəndaşları həssaslıqla gigiyenik qaydalara əməl etməyə və vaksinasiyaya çağırır.

Milli.Az Xezerxeber-ə istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadənin sözlərinə görə, Azərbaycan vətəndaşları koronavirusun yeni ştamlarının region ölkələrində yayılmasını nəzərə alıb, daha ehtiyatlı olmalıdırlar. Xüsusilə yoluxma sayının artdığ bir vaxtda əsas köməkçi vasitə vaksinasiyadır. O deyib ki, vaksin olunan şəxslər əksər hallarda yoluxmanı çox zəif simptomlarla keçirir.

Həkim onu da bildirib ki, ötən aylara nisbətən reanimasiyada müalicə alan xəstələrin də sayı artıb. Hazırda reanimasiyada olan koronavirus xəstələri vaksin vurdurmayanlardır. Ağırlaşmalar yalnız vaksinasiyadan keçməyənlərdə baş verir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.