Ölkə

Toya görə daha 6 nəfər cərimələndi

19 İyul 2021 10:38
Baxış: 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində qayda pozuntusunun baş verdiyi 3 toy məclisi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı restoran və istirahət mərkəzlərində keçirilən həmin toy məclislərində qonaqların sayı qərarla müəyyən edilmiş saydan artıq olduğu müəyyən edilib.

Müəyyən edilən qayda pozuntuları ilə əlaqədar ümumilikdə 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.