Ölkə

Azad olunan ərazilərdəki yasaqlıqların sayı açıqlandı

4 İyun 2021 16:20
Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad olunmuş ərazilərdə 6 mühafizə olunan ərazi - Laçın, Qubadlı, Arazlı və Daşaltı yasaqlığımız var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xüsusi mühafizə olunan ərazilərə böyük ziyan dəyib: "Dəymiş ziyan hesablanılır. Bəsitçayla bağlı monitorinq işləri aparılır. Minalardan təmizlənmiş ərazilərdə monitorinqlər mütəmadi olaraq davam edilir".

Nazir müavini qeyd edib ki, Azərbaycan tərəfindən beynəlxalq təşkilatlara müraciətlər olunub: "Lakin heç bir işə reaksiya yoxdur. Dünyanın hansısa ölkəsində bir heyvana zərər vurulursa, bununla bağlı dərhal reaksiya verilir. Lakin 30 ilə yaxındır ki, Qarabağda baş verənlərlə bağlı məsələ qaldıran yoxdur. Bütün çətinliklərə baxmayaraq, haqq səsimizi qaldırıb, haqlı mövqeyimizi müdafiə edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.