Pediatr: "Uşaqlar COVID-19-un gizli daşıyıcıları ola bilər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Uşaqlar COVID-19 xəstəliyininin gizli daşıyıcıları ola bilər. COVID-19 pandemiyası yeni başlayan dövdə uşaqların virusa yoluxmaları nadir hal sayılırdı. Hazırda isə bütün dünyada minlərlə uşağın bu təhlükəli xəstəliyə yoluxması halları qeydə alınıb".
APA-nın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Aygün Sadıxova deyib. O bildirib ki, uşaqlar əvvəllər olduğu kimi yenə parklarda, meydançalarda bir-biri ilə oynayırlar: "Onların bir-birindən yoluxub gizli daşıyıcı ola biləcəyini nəzərə alsaq, deyə bilərik ki, uşaqlar yeni növ koronavirus infeksiyasına yoluxmada fəal rol oynayırlar. Ona görə də bu gün uşaqlarımızın COVID-19 xəstəliyindən qorunması məsələsi çox aktualdır.
Uşaq həkimi kimi məsləhət görərdim ki, bütün valideynlər uşaqlara gigiyenik qaydalara riayət etməyi, sosial məsafə saxlamağı öyrətsinlər. Əlbəttə ki, uşaqların öz nənə və babalarının, başqa qohumlarının yanına qonaq getməsi yaxşı haldır, amma pandemiya dövründə bu, yaşlı insanları yoluxma təhlükəsi ilə qarşı-qarşıya qoymaq deməkdir. Bu kontaktları minimuma endirmək məsləhətdir. Həmçinin, uşaqların bir-biri ilə tez-tez ünsiyyətdə olmasını da azaltmaq lazımdır. Böyük bayram tədbirlərindən, ad günlərindən isə hələlik uzaq olmaları yaxşıdır".
Həkim qeyd edib ki, uşaqların virusa yoluxmaması üçün onların immunitetinin də möhkəmləndirilməsinə diqqət yetirmək lazımdır: "Burada ilk növbədə, onların sağlam qidalanması və düzgün tərtib edilmiş gündəlik rejim mühüm rol oynayır. Gündəlik qida rasionunda zülalların kifayət qədər yer tutması zəruridir. Uşaqlar hər gün ət, kəsmik, süd məhsulları, vitamin və minerallarla zəngin meyvə-tərəvəz qəbul etməlidirlər.
İmmunitetin gücləndirilməsində yuxunun böyük əhəmiyyəti var. Uşaqlar hər gün eyni vaxtda yatmalı, səhərlər yuxudan doymuş halda oyanmalıdır. Gecə yuxusu 8 saatdan az olmamalıdır. Məsləhətdir ki, uşaqlar saat 22:00-a qədər yatmağa getsinlər. Belə ki, bu vaxt yuxuya getmiş uşaqların orqanizmində immuniteti bərpa edən və tənzimləyən hormonlar, o cümlədən melatonin hazırlanır. Ümumiyyətlə, hər gün erkən yatan uşaqlar respirator virus infeksiyalarına az yoluxurlar. Uşaqlarda COVID-19 xəstəliyinin hər hansı əlamətlərini müşahidə etdikdə, özbaşına müalicə etməmək, mütləq pediatra müraciət etmək lazımdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Bu gün də onun ağrı, acısını hiss edirəm"
-
Hər şeyi tənqid edən 4 bürc: Mükəmməllik axtarışında olanlar
-
Avtomobil şinlərindəki rəngli xətlərin sirri məlum oldu
-
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
-
Mətbəx çanağına tökdüyünüz mayelər boruları məhv edir
-
"Mirkamilə görə məni qınayırlar"
-
Messinin atasının vəziyyəti ağırdır
-
Zidanın oğlunun maska ilə oynamasının səbəbi məlum olub
-
"Taşacak bu deniz"də gözlənilməz ayrılıq - (Foto)
-
İlanların aktivlik dövrü başladı: Evinizi və bağınızı sürünənlərdən necə qorumalı?
-
"Səbail"in yeni prezidenti açıqlandı
-
ABŞ və İran sazişi 48 saat ərzində imzalana bilər
-
Günün qoroskopu: Gözlənilməz mənbədən gəlir əldə edə bilərsiniz
-
Ronaldodan antirekord gəldi
-
Ölkə birinciləri oldular (Foto)
-
Obamanın qızlarının son görüntüsü - (Foto)
-
Portuqaliya Konqo DR ilə heç-heçə edib - Yenilənib
-
Mayklın həyat yoldaşının son halı – Foto
-
Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
-
İçərişəhərdə Argentina Bayrağı Gününə həsr olunmuş El Calor en Baku – Azerbaijan Tango Festivalının təntənəli açılışı keçiriləcək
-
Yasamaldakı binaya dəyən ziyanın məbləği açıqlandı
-
Bakının 2 rayonunda qaz kəsiləcək - Yenilənib
-
ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib





