Ölkə

General-mayor korpus komandiri təyin edildi

21 Mart 2021 11:11
Baxış: 3 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

General-mayor Rzayev Mübariz Balağa oğlu Şəmkir korpusuna komandir təyin edilib.

Milli.Az bildirir ki, müharibə vaxtı General-mayor Xəqani Cəbrayılov vəzifədən kənarlaşdırılandan sonra korpusa bir müddət General-leytenant Nizam Osmanov, General-mayor Azər Əliyev, General-mayor Ənvər Əfəndiyev və son günlərdə Polkovnik Sarı Xəlilov rəhbərlik edib.

Qeyd edək ki, Mübariz Rzayev müxtəlif vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə, "Hərbi xidmətlərə görə" medalı ilə, "Vətən uğrunda" medalı ilə, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, həmçinin Azərbaycanın Zəngilan rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Zəngilanın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.