Ölkə

Azərbaycanda son sutkada yoluxanların sayı açıqlandı

19 Mart 2021 14:30
Baxış: 6 198
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 879 yeni yoluxma faktı qeydə alınıb, 334 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 244 303 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 232 228 nəfər müalicə olunaraq sağalıb, 3 325 nəfər vəfat edib, aktiv xəstə sayı 8 750 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 776, ötən müddət ərzində isə ümumilikdə 2 756 457 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.