Ölkə

Mağazalardan məhsulları alarkən diqqətli olun - Həkimdən xəbərdarlıq - VİDEO

24 Yanvar 2021 09:21
Baxış: 2 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Virus dondurulma və soyuq saxlama şəraitində uzun müddət yaşaya və qablaşdırmadan insanlara keçə bilər.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu həkim-infeksionist Sədrəddin Atakişizadə deyib.

Onun sözlərinə görə, son bir ilin təcrübəsi göstərir ki, koronavirus hava-damcı yolu ilə keçir. Eyni zamanda, virus əşyalar vasitəsilə də yayılır. Koronavirusun səthlərdə qalıcılıq müddəti isə müxtəlifdir.

Mütəxəssis hesab edir ki, mağazalardan məhsul alarkən əlcəkdən istifadə edilməldir.

Həkim-infeksionist xatırladıb ki, virusla bağlı təhülükə hələ qalmaqdadır. Odur ki, sanitar-gigiyenik qaydalara riayət edilməsi vacibdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.