Ölkə

Polislər karantini pozub məclis təşkil edib? - DİN-dən açıqlama - VİDEO

22 Yanvar 2021 17:01
Baxış: 1 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi Quba rayonunda bir qrup polis əməkdaşının karantin zamanı məclis keçirməsi barədə sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı açıqlama verib.

Milli.Az bildirir ki, DİN Mətbuat xidmətinin Quba regional qrupunun inspektoru Nizam Həmidov qafqazinfo-ya açıqlamasında yayılan videogörüntülərdən məlumatlı olduğunu deyib: "Həmin görüntülər Quba rayon Polis Şöbəsində araşdırılıb.

Məlum olub ki, həmin video 2019-cu ilin dekabr ayında Xaçmaz rayonunda yerləşən restoranların birində çəkilib, sadəcə indi ictimailəşdirilib. Həmin zaman ölkədə karantin rejimi tətbiq edilmirdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.