Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, fevralın 1-dən Bakı, Sumqayıt və Abşeronda məktəblərdə,o cümlədən bütün ölkə üzrə ibtidai sinif üzrə, məktəbəhazırlıq qruplarında, icma əsaslı qruplarda tədris qismən başlanılacaq.
İki həftə sonra isə növbəti qərarlar veriləcək. 1 fevraldan iki həftə sonra digər ərazilərdə 5-9-cu siniflərdə, peşə məktəblərlərində tədrisin qismən bərpası nəzərdə tutulur.
Bölgələrdə daha tez açılmalara gedəcəyimizi düşünürəm.
Milli.Az