"Azad edilmiş ərazilərinin minalardan təmizləməsi üçün 13 il lazımdır" - ANAMA direktoru
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk edərkən əsas obyektləri - elektrik xətlərini, su ehtiyatlarını, habelə qəbiristanlıqları minalayıblar.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, bütün bu fəaliyyətlər Azərbaycanın dinc əhalisinə qarşı yönəldilmişdir ki, qanuni torpaqlarına qayıdan və dünyasını dəyişmiş yaxınlarını ziyarət etmək istəyən insanlar partladılsın.
"Biz Cəbrayıl rayonundan, hansı ki, hər şeyi əyani şəkildə gördük, eləcə də Füzuli və Zəngilan rayonlarından bəhs edirik. Bundan sonra Hadrut, Kəlbəcər və Laçın rayonları təhvil veriləcək, ermənilərin tələ qurmağa çox vaxtları var. Əməkdaşlarımız artıq onların bir çox müxtəlif növlərini aşkarlayıblar", - deyə Q.Əhmədov bildirib.
O, düşmənin həm tank əleyhinə, həm də piyada əleyhinə yüz minlərlə mina quraşdırdığını qeyd etdi və iki gün əvvəl birinin ölümü, digərinin yaralanması ilə nəticələnən iki qardaşın minada partlamasını xatırladı. ANAMA direktorunun sözlərinə görə, bu kontaminasiyadan, yəni ərazinin minalarla dolu olmasından xəbər verir.
Minalanmış ərazilər və onların təmizlənməsinin vaxtı barədə danışan Q.Əhmədov hazırda yol xəritəsi hazırlandığını söylədi. O, bildirib ki, təxminən 14 min kvadrat km ərazi təmizlənməlidir. Bunlardan 3000 kvadrat km-i təhlükəli hesab edilmir; bunlar asfalt yollardır. Təxminən 7 - 8 min kvadrat km-i döyüş sahəsidir və təxminən 4000 kvadrat km-i isə digər ərazilərdir.
ANAMA direktoru döyüş sahələri ərazisinin partlamamış hərbi sursatlardan təmizləmək üçün 5-6 il, minalardan təmizləmək üçün isə 10-13 ilə qədər vaxt lazım olduğunu bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barədə cinayət işi başlandı
-
Çağla Boz barəsində qərar verildi
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
Avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanın nefti 127 dollara yüksəldi
-
Birinci sinfə gedən şagirdlərin sayı açıqlandı
-
Serxio Ramos özünə yeni klub tapdı - İngiltərədə oynayacaq
-
Sentyabrın son günləri üçün 5 bürcə şad xəbər - Həyatları dəyişəcək
-
Xuraman Əlizadə canlı yayımda ağladı – (Video)
-
Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı





