Ölkə

Azərbaycanda son sutkada 1364 nəfər COVID-19-a yoluxub, 768 nəfər sağalıb

5 Noyabr 2020 15:37
Baxış: 3 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 60 min 873 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 46 min 465 nəfər müalicə olunaraq sağalıb, 794 nəfər vəfat edib. Aktiv xəstə sayı 13614 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 404 min 543 test aparılıb. Bugünkü test sayı isə 13290-dır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.