Ölkə

"Ordumuza kömək üçün bunu etməliyik, yoxsa döyüşlərdə irəliləyişimiz azalar"

19 Oktyabr 2020 14:03
Baxış: 4 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz bunun proqnozunu vermişdik. Yumşalmalar olanda bir çox insanlar deyirdilər ki, artıq bizdə koronavirus qurtardı, qorxusu yoxdur, filan....

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, radioloq-həkim Aydın Əliyev deyib.

O bildirib ki, COVİD-ə yoluxmada artım müşahidə edilsə, daha ciddi tədbirlərə əl atılacaq:

"O vaxtı açıqlamalarımda deyirdim ki, COVİD bitməyib, sadəcə karantin rejiminə, görülən tədbirlərə görə azalmışdı. Yumşalmadan sonra getdikcə artma ehtimalı var idi, elə də oldu. Əsas artım oldu metroların və təhsil müəssisələrinin ənənəvi təhsillə davam etdirilməsinə başlanandan sonra. İndi görüləcək tədbirlər asılı olacaq gündəlik və həftəlik statistikanın göstəricilərindən. Əgər universitetlərin, orta məktəblərin, bağçaların və metronun bağlanması yoluxma sayını bir həftə ərzində azaltmasa, azalma müşahidə olunmasa, yəni dünənkindən daha artıq rəqəmlər müşahidə etsək, ondan sonra daha ciddi tədbirlərə əl atılacaq.

Ciddi tədbirlər görməyə ehtiyac var

Doğrusu, hələ düşünmürəm ki, "SMS İcazə"yə keçilməyə ehtiyac olar. Amma başqa tədbirlər görülə bilər. Baxıram ki, insanlar qapalı yerlərdə daha maskadan istifadə və sosial məsafə qaydalarına artıq riayət etmirlər. İnsanlar bu qaydalara əməl etmirlər, bu istiqamətdə ciddi tədbirlər görməyə ehtiyac var. Qapalı məkanlarda mütləq şəkildə nəzarət güclü olmalıdır.

Ordumuza kömək üçün bunu etməliyik

Fikir verdinizsə, dövlət müəssisələrinin 30% əməkdaşının işləməyini tapşırdılar, amma özəl müəssisələrə dedilər ki, bunu tövsiyə edirik. Çünki indi müharibə şəraitində özəl müəssisələri birdən-birə qapatmaq doğru olmazdı, bunun maddi tərəfləri də var. Ölkəmiz müharibə şəraitindədir. Ona görə də harda ki iqtisadi zərərlər ola bilər, o müəssisələrin qapadılması çətin olacaq. Bunun üçün də gərək qaydalara əməl edək. Həm də ordumuza kömək üçün bunu etməliyik ki, bizim hərbçilərimiz yoluxmasın. Yoxsa bizim döyüşlərdə irəliləyişimiz azala bilər və s. Vətəndaş olaraq məsuliyyətimizi dərk etməliyik.

Peyvənd tapılsa, karantin rejimlərinə ehtiyac olmayacaq

Rəqəmlər 1000-ə yaxınlaşarsa, yəqin ki, sərt karantin rejimlərinin tətbiq olunması vacib olacaq. Əgər ÜST tərəfindən təsdiq olunmuş peyvənd hazır olsa, ondan sonra artıq qorxusu yoxdur. Koronavirusa qarşı peyvənd o vaxta qədər tapılsa, ölkəyə gətirilib insanlara tətbiq olunandan sonra daha heç bir karantin rejimlərinə ehtiyac olmayacaq".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.