Azərbaycanda yoluxma sayının artma ehtimalı böyükdür - Karantin sərtləşdirilə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycandan daha erkən yumşalmaya gedən Avropa və dünyanın bir çox ölkələrində epidemioloji vəziyyət getdikcə pisləşir.
Daha erkən yumşalmaya gedən Gürcüstan, İsrail, Avstriya, Çexiya və başqa ölkələrdə yoluxma halı sürətlə artır. Hətta İsrail hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə sentyabrın 17-dən məktəblərdə dərslərin dayandırılmasına qərarı verib.

Bəs bu gün Azərbaycan yumşalmalara gedən Azərbaycanı da eyni aqibət gözləyə bilərmi? Bu halın ölkəmizdə təkrarlanmaması üçün hansı addımlar zəruridir?
Bununla bağlı Milli.Az-a TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Aygül Əliyeva açıqlama verib:
"Dünyada hal-hazırda yeni tip koronavirusa yoluxanların sayı 30 milyonu keçib. Koronavirus səbəbi ilə ölənlərin sayı isə 935 min nəfərdir. Bu rəqəmlər göstərir ki, dünyada hələ də ciddi şəkildə pandemiya davam edir və bir çox ölkələrdə artıq COVİD-19 infeksiyasının ikinci dalğası başlayıb. Avropa və dünyanın bir çox ölkələri vaxtilə daha erkən ciddi karantin qaydalarında yumşalmalara getdi və həmin ölkələrdə yoluxmanın sürətlə artmasının şahidi olduq. Məcbur qalıb həmin ölkələr yenidən sərt karantin rejiminə keçirlər.

Ölkəmizdə də vaxtında ciddi karantin rejiminin tətbiq olunması sayəsində yoluxma saylarında azalmanı gördük. Bilirik ki, artıq karantin rejimində müəyyən mərhələlər ilə yumşalmalar tətbiq olunur. Bu yumşalmaların olması vətəndaşlarımıza qətiyyən rahatlıq verməməlidir, əksinə daha da məsuliyyətli olmalıyıq. Həm karantin qaydalarında yumşalmaların olması, həm də payız aylarında respirator infeksiyaların ən çox müşahidə edildiyi dönəm olduğunu nəzərə alsaq, yoluxma saylarının artma ehtimalı böyükdür.

Yaxın gələcəkdə vəziyyətin necə inkişaf edəcəyi böyük ölçüdə vətəndaşların əlindədir. Vətəndaşlar daha məsuliyyətli olub bütün qaydalara ciddi şəkildə əməl etməlidirlər. Yoxsa bir çox ölkələrdə olduğu kimi bizim ölkə də daha ciddi və təhlükəli vəziyyət ilə qarşılaşa bilər".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
XƏBƏR LENTİ
-
Nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
-
Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir





