Ölkə

Ödənişli təhsil alanlara güzəşt ediləcək?

27 Avqust 2020 18:04
Baxış: 1 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Birinci kurslar oktyabrın 1-dən təhsilə başlayacaq".

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bunu nazirin müşaviri Rüstəm Ağayev deyib. 

O bildirib ki, pandemiyaya görə qəbul prosesində ləngimə olub:

"Birinci kursların universitetə qeydiyyatının ləngiməsi də gözləniləndir. Buna görə də birinci kurslar oktyabrın 1-dən təhsilə başlayacaq. Ödənişli təhsil alanlara güzəşt edilməsinə gəldikdə isə 15 mindən çoxu aztəminatlı ailəyə aid olduğu üçün dövlət tərəfindən təhsil haqları ödənilir. Güzəşt edilməsi ehtiyac meyarına görə olmalıdır, hamıya şamil olunmalı deyil. Məcburi köçkünlərin də ödənişinin dövlət tərəfindən ödənildiyini nəzərə alsaq, bu say 32 mindən çox olur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.