1 nəfər imtahana buraxılmadı, 2 nəfər isə xaric edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlkin məlumatlara əsasən, bu gün keçirilən buraxılış (qəbul) imtahanlarında 1 nəfər bədən hərarəti yüksək olduğu üçün təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb, 2 nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
İmtahanlar 10 şəhər və rayonda təşkil olunub.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 64 imtahan binası, 1107 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 64 ümumi imtahan rəhbəri, 179 imtahan rəhbəri, 1443 nəzarətçi-müəllim, 128 buraxılışı təşkil edən əməkdaş, 71 bina nümayəndəsi ayrılıb.
30 iyulda keçirilən imtahanlarda 14255 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulurdu.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə - lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İyulun 30-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
9-cu sinif üzrə buraxılış (qəbul) imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 5 gün ərzində elan olunacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
XƏBƏR LENTİ
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Foto)
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
-
Əməkdar artistin oğlunun ifası gündəm oldu - (Video)
-
Bakıda kanat yolları harada qurula bilər? - Ekspertlər açıqladı
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
-
Bakıda avtobus aşdı - (Video)
-
Astma, bronxit, pnevmoniya: Fərqləri nələrdir?
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Rusiyada taun xəstəliyi yayılır? - Xəstəxanalar karantinə bağlandı
-
Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar
-
Məşhur türk vokal təlimçisi azərbaycanlı ifaçıları heyranlıqla paylaşdı - (Video)
-
Rusiyada təyyarə qəzası: 8 zabit həlak oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu
-
Gəlin bəyin ayağına basmaq əvəzinə görün nə etdi - (Video)
-
Türkiyəli məşhur aktyor vəfat etdi - (Foto)
-
Bakı ətrafında ən ucuz torpaqlar haradadır? - Qiymətlər
-
144,9 ha ərazi minalardan təmizlənib
-
Nazirdən şad xəbər: Onlara 20 min manatadək pul verilə bilər
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol





