Ölkə

"Dərslər sentyabrın 15-də başlanacaq" - Ekspert

29 İyul 2020 13:59
Baxış: 8 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrində dərslər sentyabr ayında ənənəvi qaydada başlanacaq. 

Milli.Az xəbər verir ki, bu fikirləri təhsil eksperti Elçin Əfəndi metbuat.az-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, pandemiya dövrünü nəzərə alaraq şagirdlərin dərslərdə iştirak edə bilməsi üçün müvafiq qaydalar hazırlanır.

"Burada, əsasən, siniflərdə şagirdlərin sayı 15 nəfərə qədər azaldılaraq, tək-tək parta arxasında oturmaq şərti ilə tədris proqramı həyata keçirilə bilər. Sentyabrda dərslərin ənənəvi qaydada başlanmasına səbəb birinci sinif şagirdlərinin müəllimlərinə öyrəşməsinə şərait yaratmaqdır. Amma ali və orta ixtisas məktəblərinin birinci kurs tələbələri üçün dərslər ixtisaslaşma və imtahanların gec başlanması səbəbindən oktyabrda planlaşdırılır".

Elçin Əfəndi bildirdi ki, əgər ikinci dalğa yoluxma başlanarsa, karantinin uzadılmasına qərar verilərsə, o zaman yenidən 2021-ci ilin əvvəlinə qədər dayandırılacaq.

"Burada tədris müddətində dərs vaxtının azaldılıb qısaldılması müzakirə olunmur. Çünki yoluxma baş verərsə, bu, 20 dəqiqə ərzində də baş verə bilər. Dərslərin sentyabrda başlanması şagirdlərin, xüsusi ilə də birinci sinifdə oxuyacaq şagirdlərin məktəbə, müəllimlərinə adaptasiya olunmasına şərait yaratmaqdır. Payız-qış aylarında respirator xəstəliklərin artması fonunda yoluxma yenidən xüsusi karantin səviyyəsində olarsa, o zaman dərslərin dayandırılması və 2021-ci ilin yanvar ayından sonra başlanması da istisna deyil'.'

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.