Ölkə

Tovuzda jurnalistlərin və deputatların olduğu ərazi ermənilər tərəfindən atəşə tutulub

15 İyul 2020 17:05
Baxış: 2 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Silahlı Qüvvələri dinc vətəndaşları hədəf almaq da davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, erməni silahlı bölmələri növbəti dəfə Tovuzun Dondar Quşçu kəndini atəşə tutub. Atəşin təsirini kənd sakinləri ilə bərabər orada olan media nümayəndələri və bölgədə olan Millət vəkilləri Arzu Nağıyev, Qənirə Paşayeva, onların köməkçilər də şahidi olub.

Məlumata görə, Qənirə Paşayevə erməni silahlı qüvvələrinin atəşlərinin təsirindən bir anlıq müaviznətini itirərək yıxılıb və qolunu zədələyib.

Ərazidə olan vətəndaşlarıdan, jurnalistlərdən və deputatlardan heç kimin ciddi xəsarət almadığı bildirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.