İstehlakçılar belə aldadılır: Adı İvanovka, özü isə... - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxtın əksər ərzaq mağazalarında İvanovka adı ilə süd və süd məhsulları satılır. Böyük əksəriyyət də bu qidaların məhz İsmayıllı rayonunun məşhur İvanovka kəndindən gətirildiyini düşünür. Amma ekspertlər deyir ki, bu ad altında süfrələrimizi bəzəyən məhsullar saxtadır. Bəzi işbazlar əhalinin Sovet illərindən İvanovka məhsullarına olan marağından istifadə edir.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramı maraqlı süjet hazırlayıb.
Sakin: "Mən ivanovka şoru, qaymağı, xaması alıram. Yəni onun mənşəyi mənə elə gəlir ki, bilinmir o harda düzəlib, bəlkə də biləcəridə zirzəmidə düzəlib".
Sakin: "Mən elə bir yaşdayam ki, baxan kimi bilirəm o haranındır, necədir və nətərdi".
Eyyub Hüseynov - AİB-in sədri: "Uzun illərdir Azərbaycanın əmtəə bazarında müəyyən yer adı ilə mallar satılır. Ən çox yayılmış İvanovka mal nişanı ilə satılan süd məhsullarıdır. Bakıda 20 İvanovka adı altında dükan fəaliyyət göstərir. İvanovka kəndi ilə heç bir əlaqəsi yoxdur, ordan süd alıb gətirmir".
Belə satışla məşğul olan mağazalardan birinin sahibi isə deyilənlərlə razılaşmır.
Market sahibi: "İsmayıllıdan gəlir hamısı. Öz maşınlarımız var, İvanovkanın özündən gətirirlər".
AİB-in sədri Eyyub hüseynov deyir ki, İvanovkadakı Nikitin adına balaca bir kolxoz hər gün min tonlarla ağartı məhsulunu istehsal etmək gücündə deyil.
Eyyub Hüseynov - AİB-in sədri: "İvanovka şoru, ivanovka pendiri və s. AIB-in tədqiqatı göstərir ki, Bakı ətrafında İvanovka mal nişanı ilə mal buraxan mmc -lər bəzən İvanovka kəndinin kolxoz sədri ilə müqavilə bağlayırlar. Güya süd vermək niyyətindədilər. Lakin belə bir süd gəlmir, əhali aldadılır".
Əməkdaşlarımız İvanovka adı altında istehsal olunan pendir sexlərinin birində olub və çəkiliş aparmaq istəyib. Lakin müşahidə kameralarından televiziya əməkdaşlarının gəldiyini görən sex işçiləri qapıları bağlayaraq onları içəri buraxmayıb. İçəridən gələn səslər isə istehsal prosesin getdiyindən, saxta ad altında məhsul istehsalından xəbər verir.
Eyyub Hüseynov - AİB-in sədri: "Mal nişanlarından İvanovka sözünü götürməlidilər onlar. Çünki əhali bunla aldadılır. Yəni İvanovka sözü olmalı deyil. Üstəlik bu coğrafi adlar haqda qanunvericiliyə də ziddir. Yəni İvanovka mal nişanı ilə mal buraxan bir müəssisə gərək İvanovka kəndində yerləşsin. İvanovkanın qanuni Bakıda 3 dükanı var, məhsullar yalnız oradan gətirilir" .
Nadejda Kihmenyova - Market sahibi: "Mən İvanovka kəndinin sakiniyəm. Özüm həftədə 2 dəfə gedib məhsulları ordan gətirirəm. Bakıda son zamanlar İvanovka adında çox mağazalar açılıb. İvanovkada heç o qədər süd yoxdu axı, bu qədər mağazaya gəlib çatsın. Ona görə bu sadəcə yalandır".
AQTA-dan isə bildirildi ki, hazırda bazarda İvanovka əmtəə nişanı altında bir sıra məhsullara rast gəlinir. İstehsalçı şirkətlər bunu bazar qaydalarına uyğun olaraq marketinq üsulu kimi təqdim edirlər. Müxtəlif vaxtlarda qeyd olunan əmtəə nişanı altında satılan məhsullarla bağlı yoxlamalar həyata keçirilib və istehsal prosesində qanuncvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri haqqında inzibati tədbirlər görülüb. Əgər vətəndaşlarda məhsulun tərkibi və təhlükəsizliyi ilə bağlı hər hansı şübhələr yaranarsa, agentliyin 1003 çağrı mərkəzinə məlumat verə bilərlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əmrahın oğlu xanımı ilə Zaqatalada - (Video)
-
Brüs Uillisin son halı - (Foto)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb - (Foto/Video)
-
İnam Kərimov: "Süni intellekt heç bir halda hakimi əvəz edə bilməz"
-
Coratda boşanmaq istəyən qadın qətlə yetirilib, əri şübhəli bilinir - Yenilənib (Foto)
-
“Mənim hesabıma milyonlar yedi" - Tacirdən müəlliminin qarğışına cavab
XƏBƏR LENTİ
-
Balıqdan 50 dəfə çox D vitamini var: Balkonunda əkən varlı olur
-
Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizinin reallaşdırılmasını dəstəkləyir
-
"Trabzonspor"un matçını idarə edən hakim saxlanıldı
-
“Bu oyun ayıbımız kimi yadda qalacaq” - Mahir üzr istədi - (Video)
-
Əmrahın oğlu xanımı ilə Zaqatalada - (Video)
-
Günün qoroskopu: Bu gün tənqidlərlə üzləşməli olacaqsınız
-
“Bütün dünya İran xalqına heyranlıq duyur”
-
Brüs Uillisin son halı - (Foto)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb - (Foto/Video)
-
İnam Kərimov: "Süni intellekt heç bir halda hakimi əvəz edə bilməz"
-
Coratda boşanmaq istəyən qadın qətlə yetirilib, əri şübhəli bilinir - Yenilənib (Foto)
-
“Mənim hesabıma milyonlar yedi" - Tacirdən müəlliminin qarğışına cavab
-
“Rusiyada olan məhvetmə vasitələri heç kimdə yoxdur” - Putin
-
Sankt-Peterburqda Miller malikanəsində güclü yanğın baş verib - (Video)
-
Moskva vilayətində kimya zavodunda güclü partlayış - ölən və yaralananlar var - (Video)
-
Qəhvəni bu saatda için
-
Quzu əti bahalaşdı - (Video)
-
Ayxan Abbasov: "Günahkar axtarmayacağıq, məsuliyyət məndədir"
-
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib - (Foto)
-
Azərbaycan-Aİ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub - (Foto)
-
Messi İspaniyada klub aldı
-
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
-
Masallıda şagird kimyəvi məhluldan xəsarət aldı: Araşdırma aparılır
-
Murad Axundov iki həftə sonra vəzifəsindən ayrıldı





