Ölkə

Bakı və bölgələr üzrə koronavirusa yoluxma göstəricisi açıqlanıb - STATİSTİKA

29 İyun 2020 10:04
Baxış: 4 330
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

TƏBİB-in təqdim etdiyi son statistikaya əsasən bölgələrdə koronavirusa yoluxma hallarında azalmalar, paytaxt Bakıda isə artım müşahidə olunur.

Milli.Az xəbər verir ki, bu dəfə də ən çox yoluxma halı Gəncə-Qazaxda (9,4%) müşahidə olunub. Bundan başqa, Aran bölgəsində 7,8%, Lənkəranda 6,1%, Quba-Xaçmazda 1,7%, Şəki-Zaqatalada 1,4%, Dağlıq Şirvanda 1,4%, Yuxarı Qarabağda 1,2%, Naxçıvanda isə 0,3% yoluxma faktı müəyyən olunub.

Ölkə üzrə Bakı və Abşeron yarımadasına nəzər saldıqda Abşeronda 15,8%, Bakıda isə 53,4% yoluxma halı var.

Qeyd edək ki, Azərbaycanda indiyə kimi 16424 virusa yoluxma halı qeydə alınıb. Onlardan 9026 nəfəri sağalıb, 198 nəfəri isə ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.