Ölkə

Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı, 7 nəfər saxlanıldı - FOTO

24 İyun 2020 12:44
Baxış: 2 267
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxtın Sabunçu rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sabunçu Rayon Polis İdarəsi Post Patrul Xidməti və 13-cü PB əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə iyunun 23-də saat 18:30 radələrində Bakıxanov qəsəbəsində N.İsmayılov küçəsində fəaliyyət göstərən "Azəri" kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi H.Məhərrəmov 1500 manat, digərləri 200 manat cərimə olunublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.