Ölkə

İyun ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi

23 İyun 2020 19:07
Baxış: 1 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ay üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi artıq yekunlaşıb. Həmin sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, bundan əvvəl, iyunun 15-dək isə iyun ayının bütün pensiyalarının ödənişi təmin olunub.

Gələn həftə isə bu ay üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.