Ölkə

Polis Şabranda silahlı şəxsi yaxaladı - FOTO

23 İyun 2020 20:05
Baxış: 1 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nadir Hacıyevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan "Toz" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.